Pressa.az » Dünya » ABŞ və İran arasında nüvə danışıqları başladı

ABŞ və İran arasında nüvə danışıqları başladı

06 fevral 2026, Cümə, 13:34
ABŞ və İran arasında nüvə danışıqları başladı

Omanın paytaxtı Məsqət şəhərində ABŞ və İran arasında nüvə danışıqlarına start verilib.

Liderxeber.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. 

Omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Steven Uitkoff rəhbərlik edir.