Qazaxıstanda referendumun tarixi məlum oldu
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 15-i ölkənin yeni konstitusiyası üzrə referendumun keçirilməsi haqqında Fərman imzalayıb.
Liderxeber.az xəbər verir ki, sənəd Qazaxıstan prezidentinin saytında dərc olunub.
“2026-cı il martın 15-də respublika referendumu keçirilsin. Respublika referendumuna Qazaxıstan Respublikasının yeni Konstitusiyasının layihəsi aşağıdakı sual ifadəsi ilə çıxarılsın: “Layihəsi 2026-cı il fevralın 12-də kütləvi informasiya vasitələrində dərc edilmiş Qazaxıstan Respublikasının yeni Konstitusiyasını qəbul edirsinizmi?”, - Fərmanda deyilir.
