Pressa.az » Dünya » Səhər yeməyi zamanı tez-tez hansı səhvə yol veririk? - Diyetoloqdan xəbərdarlıq

Səhər yeməyi zamanı tez-tez hansı səhvə yol veririk? - Diyetoloqdan xəbərdarlıq

18 fevral 2026, Çərşənbə, 11:18
Səhər yeməyi zamanı tez-tez hansı səhvə yol veririk? - Diyetoloqdan xəbərdarlıq

"Bir çox insanlar səhər yeməyi zamanı tez-tez rast gəlinən bir səhvə yol verir ki, bu da sağlamlığa öz mənfi təsirini göstərir".

Liderxeber.az-ın xəbərinə görə, bu barədə diyetoloq Vanessa Leon "Hola" nəşrinə müsahibəsində danışıb.

Vanessa Leonun sözlərinə görə, söhbət qidaların sıralanmasından gedir. Məsələn, bir çoxları bir stəkan təzə sıxılmış portağal suyu, tam taxıl çörəyi və meyvələrdən ibarət səhər yeməyini faydalı hesab edirlər. Lakin belə bir qida qəbulu qanda qlükoza səviyyəsinin qəfil sıçrayışlarına gətirib çıxara bilər, bir neçə saat sonra isə insan yenidən aclıq hiss edəcək.

Bununla bağlı olaraq həkim günə karbohidratlar və şirniyyatlarla deyil, yumurta, vetçina və pendirin tərkibində olan proteinlərlə başlamağı tövsiyə edib.

"Bu qidalar lifli məhsullarla birləşdirilməlidir. Yalnız bundan sonra meyvələrə və şirniyyatlara keçid etmək olar, çünki onların tərkibindəki şəkər mədəyə daxil olduqdan sonra qan dövranına daha yavaş sorulacaq", - deyə Vanessa Leon qeyd edib.