Pressa.az » Dünya » Ərəstun Orucluya hökm oxundu

Ərəstun Orucluya hökm oxundu

19 fevral 2026, Cümə axşamı, 11:49
Ərəstun Orucluya hökm oxundu

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Liderxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Ərəstun Oruclu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Ə.Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 4 yanvar 2023-cü il tarixində yutub platformasında yaratdığı kanallarda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.