Pressa.az » Dünya » Tableti əzməzdən əvvəl iki dəfə düşünün: Təhlükəli ola bilər

Tableti əzməzdən əvvəl iki dəfə düşünün: Təhlükəli ola bilər

25 fevral 2026, Çərşənbə, 11:04
Tableti əzməzdən əvvəl iki dəfə düşünün: Təhlükəli ola bilər

Klinik əczaçı Anum İqbal xəbərdarlıq edib ki, tabletləri əzmək və ya kapsulları qəbul etməzdən əvvəl açmaq normadan artıq dozaya, aktiv maddənin effektivliyinin azalmasına və yan təsirlərin artmasına səbəb ola bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb.

Əczaçının sözlərinə görə, tabletlərin əzilməsi və ya kapsulların açılması dərmanın təsirini zəiflədə, dozanı dəyişdirə və əlavə yan təsirlər yarada bilər.

Bu, xüsusilə uzunmüddətli təsir göstərən dərmanlara (XL, XR, CR) və bağırsaqda həll olunan örtüklü tabletlərə aiddir. Bağırsaqda həll olunan örtük dərmanı mədə turşusundan qoruyur. Tablet zədələndikdə isə dərman vaxtından əvvəl təsir göstərə bilər ki, bu da mədə ağrısı və digər fəsadlara yol aça bilər.

İqbal vurğulayıb ki, əgər pasiyentdə udma çətinliyi varsa, mütləq həkimlə məsləhətləşərək dərmanın alternativ forması və ya uyğun dozası seçilməlidir. Tabletləri bölmək və ya əzmək zəruridirsə, bunun üçün xüsusi cihazlardan istifadə etmək tövsiyə olunur.