Pressa.az » Dünya » Livanda ölənlərin sayı 31-ə çatdı - Yenilənib

Livanda ölənlərin sayı 31-ə çatdı - Yenilənib

02 mart 2026, Bazar ertəsi, 10:35
Livanda ölənlərin sayı 31-ə çatdı - Yenilənib

İsrail Livana zərbələr endirməyə başlayıb.

Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

Hədəflərin “Hizbullah” təşkilatının obyektləri, o cümlədən silah anbarları və hərbi infrastrukturun digər obyektləri olduğu bildirilir. 

Səhər saatlarında Beyruta endirilmiş aviazərbələr nəticəsində “Hizbullah”ın parlament fraksiyasının rəhbəri Məhəmməd Raad öldürülüb. Bundan başqa, İsrailin Beyrut ətrafına zərbələri nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub. 

Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatı İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq, İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

***

Livana aviazərbələr nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb, daha 149 nəfər isə yaralanıb.