Hücumlardan sonra BƏƏ-dən təxliyə edilənlərin sayı - Açıqlandı
Birləşmiş Ərəb Əmirlikləri İranın cavab hücumları fonunda hava məkanında yaranan fasilələr səbəbilə 60 uçuşla ümumilikdə 17 min 498 sərnişinin təxliyə edildiyini açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bunu BƏƏ-nin iqtisadiyyat və turizm naziri Abdullah bin Tuq Əl-Mərri digər hökumət rəsmiləri ilə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bölgədəki son vəziyyət səbəbindən hava limanlarında yaranan fasilələrdən zərər çəkən sərnişinlər üçün xüsusi reyslər təşkil olunub.
Nazir deyib ki, ilkin mərhələdə 60 uçuş həyata keçirilib və bu uçuşlarla 17 min 498 nəfər təxliyə edilib.
Mərri əlavə edib ki, 80-dən çox uçuşla 27 mindən artıq sərnişinin təxliyəsi planlaşdırılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
04 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
