Bu ölkə bütün qida məhsulları ixracını qadağan etdi
ABŞ və İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt bütün qida məhsullarının ixracına qadağa qoyduğunu açıqlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə Küveyt Gömrük Administrasiyasının yaydığı açıqlamada bildirilib.
Qeyd edilib ki, Ticarət və Sənaye Nazirliyinin qərarına əsasən, sərhəd keçid məntəqələrinə, dəniz limanlarına və hava limanlarına qida məhsullarının ixracı ilə bağlı müvafiq təlimatlar verilib.
Bəyanatda vurğulanıb ki, qərara əsasən, bütün qida məhsullarının ixracı dayandırılıb və bütün gömrük məntəqələrinə bu göstərişə ciddi əməl etmək tapşırılıb. Qərarın məqsədinin ölkənin qida təhlükəsizliyini qorumaq və yerli bazarın sabitliyini təmin etmək olduğu qeyd olunub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
09 yanvar 2025, Cümə axşamı
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
