Pressa.az » Dünya » İranda ölənlərin sayı 1 300-ü ötdü

İranda ölənlərin sayı 1 300-ü ötdü

06 mart 2026, Cümə, 14:30
İranda ölənlərin sayı 1 300-ü ötdü

ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində mülki şəxslər arasında ölənlərin sayı 1 332 nəfərə çatıb.

Liderxeber.az-ın məlumatına görə, bu barədə İran Qızıl Aypara Cəmiyyəti məlumat verib.

Qeyd edək ki, ötən gün İran Şəhidləri və Veteranları Fondu 1 230 nəfərin öldüyünü xəbər vermişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.