İrana yüklərin daşınması bərpa olundu
Azərbaycan ilə İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) 2026-cı il 9 mart saat 10:00-dan etibarən bərpa olunur.
Liderxeber.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Nazirlər Kabineti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qərar 5 martda qəbul edilmişdi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 iyun 2025, Çərşənbə axşamı
Avrasiyanın gələcəyi relslərlə çəkilir: Azərbaycanın yeni logistika arxitekturasındakı rolu
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
