Pressa.az » Dünya » Müntəzəm qəhvə içmək kofeinə qarşı dözümlülük yaradır

Müntəzəm qəhvə içmək kofeinə qarşı dözümlülük yaradır

09 mart 2026, Bazar ertəsi, 11:26
Müntəzəm qəhvə içmək kofeinə qarşı dözümlülük yaradır

"Qəhvə bəzi insanlarda arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər".

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Denis Sokolov Lenta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, belə reaksiya daha çox hipertoniya xəstələrində və kofeini nadir hallarda qəbul edən insanlarda müşahidə olunur.

Həkim qeyd edib ki, qəhvəni müntəzəm içən insanlarda zamanla kofeinə qarşı dözümlülük formalaşır. Bu halda içkidən sonra təzyiqdə kəskin artım daha nadir hallarda baş verir.

D.Sokolov əlavə edib ki, hətta sağlam insanlarda da tünd qəhvə qısamüddətli təzyiq artımına səbəb ola bilər. Lakin adətən bu təsir uzun çəkmir və müəyyən müddətdən sonra göstəricilər normaya qayıdır.