Yaxın Şərqdə olanlardan sonra Avropada təbii qaz kəskin bahalaşdı
Yaxın Şərqdə gərginlik fonunda Avropada qazın qiyməti kəskin bahalaşıb.
Liderxeber.az xəbər verir ki, Avropanın ən böyük qaz ticarət meydançası olan, Niderlandda yerləşən “Title Transfer Facility” (TTF) platformasında aprel fyuçersləri üzrə təbii qazın qiyməti meqavat-saat üçün 31,95 avro hesablanmışdısa, hücumlardan sonra qiymətlər təxminən 67% artaraq 53,4 avroya yüksəlib.
Qeyd olunur ki, dünyada LNG ixracının təxminən 20%-i Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Ən böyük LNG ixracatçılarından biri olan Qətərin ixrac etdiyi mayeləşdirilmiş qazın isə 93%-i məhz bu boğazdan keçərək beynəlxalq bazarlara çatdırılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb
