Günəşdə son iki həftədə ən güclü partlayış baş verib
Martın 10-da gecəyarısı Günəşdə son iki həftədə ən güclü partlayış baş verib, buna baxmayaraq, kosmik havanın ümumi fonunda əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.
Liderxeber.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun "Telegram" kanalında məlumat verilib.
Qeyd olunub ki, hadisə Günəşin sol tərəfində lokallaşıb. Buna görə də belə yerləşmə halında geomaqnit nəticələri olmayacaq.
Rusiyalı astronomlar vurğulayıblar ki, martın 10-da geomaqnit dalğalanmalarının başvermə ehtimalı çox deyil. Və belə kosmik sakitlik martın 14-nə qədər davam edəcək. Bundan sonra elə indi formalaşma prosesi gedən yeni koronal dəlik Yerə öz təsirini göstərəcək.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO

