“İran müharibəni davam etdirmək istəmir”
“Müharibəni İran başlamayıb və davam etdirmək istəmir”.
Liderxeber.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığı zamanı deyib.
Pezeşkian bildirib ki, İran müharibənin tərəfdarı deyil, lakin özünümüdafiə hüququ çərçivəsində addımlar atır.
“İran müharibəni başlatmadı və davam etdirmək istəmir. Lakin qanuni özünümüdafiə hüququ çərçivəsində hücumun mənbəyi olan ABŞ-nin bölgədəki bazaları hədəfə alınıb”, – deyə o vurğulayıb.
İran Prezidentinin sözlərinə görə, Tehran regionda qeyri-sabitlik yaratmaq niyyətində deyil və bu baxımdan BRICS ölkələrinin regional sülh, sabitlik və təhlükəsizliyin qorunmasında daha fəal rol oynaması vacibdir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
