Pressa.az » Dünya » İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi

İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi

13 mart 2026, Cümə, 10:28
İran ABŞ-nin maraqlarının olduğu neft-qaz obyektlərini məhv etməklə hədələdi

Rəsmi Tehran ölkənin infrastrukturuna qarşı "ən kiçik hücum" olacağı təqdirdə, ABŞ-nin maraqlarının olduğu Yaxın Şərq ölkələrindəki neft və qaz obyektlərinə zərbələr endirəcəyini vurğulayıb.

Liderxeber.az bildirir ki, bu barədə IRIB "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının bəyanatına istinadən xəbər verir.

"Biz düşmən hökumətini və onun bütün müttəfiqlərini xəbərdar edirik ki, İranın enerji infrastrukturuna və limanlarına ediləcək ən kiçik hücum belə, sarsıdıcı və dağıdıcı cavabımızla nəticələnəcək. Belə bir hücum baş verərsə, regionda ABŞ və onun Qərb müttəfiqlərinin maraqlarının olduğu bütün neft-qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - deyə bəyanatda bildirilir.