Pressa.az » Dünya » İran ABŞ-nin BƏƏ-də yerləşən bazasını vurdu

İran ABŞ-nin BƏƏ-də yerləşən bazasını vurdu

20 mart 2026, Cümə, 09:21
İran ABŞ-nin BƏƏ-də yerləşən bazasını vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ-də ABŞ-nin "Əd-Dəfra" hərbi bazasına zərbələr endirib.

Liderxeber.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadən məlumat yayıb.

"İsrail və ABŞ-yə qarşı aparılan "Həqiqi Vəd-4" əməliyyatının 66-cı mərhələsində Qüds, Hayfa və ABŞ-nin rəhbərlik etdiyi "Əd-Dəfra" bazasındakı hədəflərə uğurla zərbələr endirdik",- deyə məlumatda qeyd olunub.

Bildirilir ki, hücumlar zamanı ağır "Qədr", "Emad" və "Xorrəmşəhr" raketlərindən istifadə edilib.