Pressa.az » Dünya » Nyu-Yorkda ölümlə nəticələnən təyyarə qəzası: Xəsarət alanların vəziyyəti açıqlandı

Nyu-Yorkda ölümlə nəticələnən təyyarə qəzası: Xəsarət alanların vəziyyəti açıqlandı

23 mart 2026, Bazar ertəsi, 15:04
Nyu-Yorkda ölümlə nəticələnən təyyarə qəzası: Xəsarət alanların vəziyyəti açıqlandı

"LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaralananlardan 32-si evə buraxılıb.

Liderxeber.az xəbər verir ki, bu barədə CNBC kanalı Nyu-York və Nyu-Cersi Liman İdarəsinin icraçı direktoru Ketrin Qarsiyaya istinadən xəbər yayıb.

Bildirilib ki, sərnişinlər, ekipaj və hava limanının yanğınsöndürmə xidmətinin əməkdaşları da daxil olmaqla xəstəxanaya çatdırılan 41 nəfərdən 32-i artıq evə buraxılıb. Onun sözlərinə görə yaralananların doqquzunun isə ağır xəsarətlərə görə müalicəsi xəstəxanada davam etdirilir.

Hadisənin necə baş verməsi ilə bağlı suala cavab verən Ketrin Qarsiya bildirib ki, yanğınsöndürən maşın təyyarədə kəskin qoxu probleminin olduğunu elan edən başqa bir "United Airlines" təyyarəsinə doğru gedirdi. Ona uçuş-enmə zolağına keçidə icazə veriləndən sonra dispetçer ona "dayan" əmri versə də, artıq gec olub.

"LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsinin yerüstü nəqliyyat vasitəsilə toqquşma nəticəsində pilotlar həlak olublar.

Liderxeber.az-ın məlumatına görə, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

"Nyu-Yorkdakı "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi ilə yerüstü nəqliyyat vasitəsinin toqquşması nəticəsində təyyarənin iki pilotu həlak olub", - deyə məlumatda qeyd olunub.

Nyu-Yorkun "LaGuardia" hava limanında "Air Canada Express" təyyarəsi yerüstü nəqliyyat vasitəsi ilə toqquşub.

Liderxeber.az xəbər verir ki, bu barədə "Flightradar" "X"də məlumat verib.

"Nyu-Yorkun "LaGuardia" hava limanı (LGA) "Air Canada Express" "CRJ-900" təyyarəsinin yerüstü nəqliyyat vasitəsi ilə toqquşmasından sonra bağlanıb", - deyə məlumatda bildirilir.

"New York Post" qəzetinin məlumatına görə isə təyyarə yanğınsöndürmə maşını ilə toqquşub. Avtomobildə olan dörd yanğınsöndürən ağır xəsarət alıb. Təyyarədə təxminən 100 sərnişin olub və onların vəziyyəti qiymətləndirilir.

Nyu-Yorkda ölümlə nəticələnən təyyarə qəzası: Xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI