Pressa.az » Dünya » İran münaqişə başlayandan bəri vurduğu dronların sayını açıqladı

İran münaqişə başlayandan bəri vurduğu dronların sayını açıqladı

24 mart 2026, Çərşənbə axşamı, 08:20
İran münaqişə başlayandan bəri vurduğu dronların sayını açıqladı

Regionda hərbi qarşıdurma başlayandan bəri İranın hava hücumundan müdafiə (HHM) qoşunlarının bölmələri ölkə ərazisindəki müxtəlif obyektlərə yönəldilmiş 130-dan çox pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bu rəqəmləri İran Silahlı Qüvvələrinin mətbuat xidməti açıqlayıb.

"Hava hücumundan müdafiə qüvvələri Keşm və Kirman bölgələrində İranın hava məkanına daxil olan düşmənə məxsus iki pilotsuz aparatı vurublar. Bununla da müharibə başlayandan bəri İran hərbçiləri tərəfindən məhv edilən düşmən PUA-larının sayı 131-ə çatıb" , - deyə məlumatda vurğulanır.