Pressa.az » Dünya » “İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

24 mart 2026, Çərşənbə axşamı, 16:54
“İran hücuma qədər ABŞ ilə danışıqlara açıq olub”

“İran ABŞ-İsrail hücumuna qədər ABŞ ilə danışıqları davam etdirməyə hazır olub və bu proses müəyyən qədər uğurla irəliləyib”.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Tehran danışıqlara hazır olduğunu təkcə bəyanatlarla deyil, real addımlarla da təsdiqləyib: “İran hərbi əməliyyatlar başlayanadək danışıqların davam etdirilməsində maraqlı olub. Bu faktlar həm Rusiyaya, həm də beynəlxalq ictimaiyyətə məlumdur”, - deyə Kremlin sözçüsü bildirib.