İraq ABŞ və İran diplomatlarına etiraz notaları verib
İraq Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin müvəqqəti işlər vəkili Coşua Harrisə və Bağdaddakı İran səfiri Məhəmməd əs-Sadekə etiraz notası təqdim edib.
Liderxeber.az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, buna səbəb İraq kürdlərinin mövqelərinə endirilən zərbələr olub.
Bildirilib ki, XİN bu cür təcavüz aktları ilə bağlı BMT Təhlükəsizlik Şurasına da şikayət göndərməyi planlaşdırır.
Qeyd olunur ki, etiraz notalarının təqdim edilməsinə səbəb Ənbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin qərargahına, həmçinin Ərbildə kürd peşmərgə qüvvələrinin qərargahına endirilən zərbələr olub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
24 dekabr 2024, Çərşənbə axşamı
Suriyada Türkiyəyə beynəlxalq etimad – 24 ildən sonra Dəməşqə daha bir fürsət
