Pressa.az » Dünya » Tramp: "Rusiya və Ukrayna saziş bağlamağa yaxınlaşırlar"

Tramp: "Rusiya və Ukrayna saziş bağlamağa yaxınlaşırlar"

25 mart 2026, Çərşənbə, 09:14
Tramp: "Rusiya və Ukrayna saziş bağlamağa yaxınlaşırlar"

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Moskva və Kiyev Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşmaya yaxınlaşırlar.

Liderxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ lideri bu fikirləri noyabrda ölkədə keçiriləcək Konqresə aralıq seçkisinə qədər nəyə nail olmaq istədiyi barədə suala cavab verərkən səsləndirib.

"Mən Prezident Putin və Prezident Zelenskinin görüşməsini və bir saziş bağlamasını istərdim. Anlayırsınız ki, nifrət sazişlərin bağlanmasına kömək etmir. Bu insanlar bir-birini o qədər də sevmirlər", - deyə o, Rusiya və Ukrayna barədə danışarkən vurğulayıb.