Tramp ABŞ-də silah istehsalının sürətləndirilməsini əmr etdi
ABŞ Prezidenti Donald Tramp ölkə daxilində hərbi təyinatlı məhsulların buraxılışının sürətləndirilməsinə dair göstəriş verib.
Liderxeber.az-ın TASS agentliyinə istinadla verdiyi xəbərə əsasən, bu barədə dövlət başçısı Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı Kampaniya Komitəsinin təşkilatçılığı ilə keçirilən ənənəvi ianə toplama mərasimində çıxış edərkən bildirib.
ABŞ-nin İrana qarşı hərbi addımlarına toxunan Tramp vurğulayıb ki, Birləşmiş Ştatlar dünyada ən qabaqcıl silahlara sahibdir. "Diqqət etmisinizsə, mən onların daha çevik və daha böyük həcmlərdə ərsəyə gətirilməsini tələb etdim, çünki bütün bu texnikanın məhz ABŞ-də istehsal olunmasına böyük ehtiyac duyuruq", - deyə prezident əlavə edib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
28 iyun 2024, Cümə
Milli Məclis Azərbaycanda aqrar təyinatlı torpaqlarda tikililərlə bağlı yeni qaydanı qəbul edib
06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?
