İranın Əbu-Dabiyə raket zərbəsi nəticəsində beş nəfər yaralanıb
İran tərəfindən Əbu-Dabinin əsas sənaye mərkəzi hesab edilən Xəlifə zonasına endirilən raket zərbələri nəticəsində xəsarət alanlar var.
Liderxeber.az xəbər verir ki, bu barədə "Əl-Hadath" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, İrandan Xəlifə sənaye kompleksinə doğru buraxılan raketin hissələrinin düşməsi azı beş şəxsin yaralanmasına səbəb olub.
Bundan öncə verilən xəbərlərdə İranın həyata keçirdiyi raket hücumu səbəbindən sənaye bölgəsinin ətrafında iki yanğının baş verdiyi qeyd olunurdu. Hazırda yanğınsöndürmə qrupları alovun qarşısını almaq üçün tədbirlər görürlər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 dekabr 2024, Çərşənbə axşamı
Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
16 iyun 2025, Bazar ertəsi
İranın İsrailə genişmiqyaslı hücumu zamanı ölənlərin və yaralananların sayı artıb
