Daimi əsnəmənin həyati təhlükələri açıqlandı
"Daimi və qarşısıalınmaz əsnəmə insult və ya beyin infarktının xəbərçisi ola bilər".
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Andrey Kondraxin RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsnəmə nevroloji simptom ola bilər və buna məhəl qoyulmasa, beyinlə bağlı ciddi problemlər yarana bilər.
Xüsusilə səbəbsiz yaranan və istirahətdən sonra keçməyən davamlı əsnəmə təhlükəli sayılır. Belə hallarda beyində qan dövranı pozuntusunu qaçırmamaq üçün dərhal həkimə müraciət etmək lazımdır.
Həkim qeyd edib ki, adi yorğunluqdan yaranan əsnəmə ilə patoloji vəziyyəti fərqləndirmək vacibdir. Yorğunluq zamanı orqanizm sadəcə istirahətə ehtiyac olduğunu bildirir və bu halda qısamüddətli yuxu kifayət edir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
07 dekabr 2024, Şənbə
Həftənin bazar ertəsi günü miokard infarktı ola bilərsiniz: Səhər saatları niyə təhlükəlidir?
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
