İran və Rusiya XİN başçıları regiondakı gərginliyi müzakirə ediblər
Rusiya və İran xarici işlər nazirləri - Sergey Lavrov və Abbas Əraqçı telefon danışığı zamanı regiondakı vəziyyət və İran ətrafındakı münaqişənin nizamlanması perspektivlərini müzakirə ediblər.
Liderxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Yaxın Şərqdə davam edən ağır hərbi-siyasi böhranı ətraflı şəkildə nəzərdən keçiriblər. Danışıqlar zamanı münaqişənin beynəlxalq hüquq əsasında və region ölkələrinin, o cümlədən İran və onun qonşularının maraqları nəzərə alınmaqla siyasi-diplomatik yolla həllinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Sergey Lavrov iranlı həmkarını Tehrana Rusiyadan yeni humanitar yardım partiyasının göndərilməsi barədə məlumatlandırıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
04 iyun 2024, Çərşənbə axşamı
Azərbaycan və BƏƏ XİN başçıları iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
