Rusiyanın "An-26" təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub
Rusiyanın "An-26" hərbi-nəqliyyat təyyarəsi qayaya çırpılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə TASS məlumat verib.
Martın 31-də Moskva vaxtı ilə saat 18 (Bakı vaxtı ilə 19 - red.) radələrində Krım yarımadası üzərində planlı uçuş həyata keçirilərkən "An-26" təyyarəsi ilə əlaqə kəsilib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, daha sonra axtarış-xilasetmə qrupu qəza yerini aşkar edib. Hadisə yerindən verilən məruzəyə əsasən, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olublar.
Qeyd edilir ki, təyyarəyə hər hansı məhvedici təsir olmayıb. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya hərbi idarəsinin komissiyası fəaliyyət göstərir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
