"Stellantis" Almaniyada 80 min avtomobili geri çağırıb
Niderlandın "Stellantis" avtomobil konserni yanğın təhlükəsi yarada bilən nasazlıq səbəbindən Almaniyada təxminən 80 min avtomobili geri çağırıb.
Liderxeber.az xəbər verir ki, bu barədə "IT Boltwise" nəşri konsernin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, problem qlobal miqyasda 700 minə yaxın avtomobili əhatə edə bilər.
Geri çağırılan avtomobillər arasında konsernə daxil olan bir sıra populyar markalar yer alır: "Peugeot", "Citroen", "DS Automobiles", "Alfa Romeo", "Jeep", "Fiat" və "Opel".
Mütəxəssislər qeyd edirlər ki, 2023-2026-cı il buraxılışlı bəzi avtomobillərdə yanacaq filtrinin borusu ilə starter-generator arasında məsafənin düzgün qoyulmaması nasazlığa səbəb olur. Yüksəkrütubətli şəraitdə bu texniki qüsur qızmaya və nəticə etibarilə mühərrik bölməsində yanğına gətirib çıxara bilər.
