Pressa.az » Dünya » Tramp: "İrana qarşı əməliyyatlar tezliklə bitəcək, ardınca neft ucuzlaşacaq"

Tramp: "İrana qarşı əməliyyatlar tezliklə bitəcək, ardınca neft ucuzlaşacaq"

01 aprel 2026, Çərşənbə, 13:46
Tramp: "İrana qarşı əməliyyatlar tezliklə bitəcək, ardınca neft ucuzlaşacaq"

Donald Tramp ABŞ-nin İrana qarşı əməliyyatının bitməsindən sonra qısa müddət ərzində enerjidaşıyıcılarının qiymətlərinin sürətlə azalacağına ümid etdiyini bildirib.

Liderxeber.az-ın Aif.ru-ya istinadən xəbərinə görə, Ağ Ev lideri bunu jurnalistlərlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, yanacaq bazarındakı mövcud dinamika əsasən davam edən hadisələrlə əlaqəlidir, vəziyyət yaxın gələcəkdə dəyişə bilər.

O deyib ki, əsas amil ABŞ-nin əməliyyatdan çıxmasından asılıdır və bunun tezliklə baş verməsi gözlənilir. ABŞ liderinin fikrincə, bu addım qiymətlərin sabitləşməsi ilə nəticələnəcək:

"Mənim həyata keçirməli olduğum tək şey İranı tərk etməkdir. Və biz bunu çox tezliklə edəcəyik və o zaman qiymətlər enməyə başlayacaq".

Xatırladaq ki, daha əvvəl Donald Tramp Tehranın Vaşinqtona güzəştə gedib-getməməsindən asılı olmayaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatına son qoyacağını bildirmişdi. Onun iddiasına görə, bu, yaxın iki və ya üç həftə ərzində baş verəcək.