“ABŞ xüsusi təyinatlıları İrana daxil olub”
“ABŞ xüsusi təyinatlı qüvvələri vurulmuş qırıcının ekipaj üzvünü xilas etmək üçün İrana daxil olub”.
Liderxeber.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəşrin məlumatına görə, qırıcının iki ekipaj üzvünün katapult etməsi İran və ABŞ-nin amerikalı pilotların axtarışında yarışa çıxmasına səbəb olub.
Qeyd edək ki, ötən gün İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35 Lightning II” qırıcı təyyarəsinin vurulduğunu iddia edib.
Amerikalı rəsmilər isə vurulan təyyarənin “F-15E Strike Eagle” olduğunu təsdiqləyib. ABŞ mediası iki pilotdan birinin xilas edildiyini bildirib. Təyyarənin Böyük Britaniyada yerləşən “Lakenheath” Hava Bazasına aid olduğu qeyd edilir.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 aprel 2026, Şənbə
İran hərbçiləri pilotun axtarışında iştirak edən ABŞ helikopterlərinə atəş açıblar
