Şampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama
"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı trixoloq və dermatoveneroloq Eduard Buçarov Gazeta.ru-nun jurnalistləri ilə söhbətində deyib.
"Şampun keçəlliyin səbəbi deyil. O, tərkibinə görə konkret insan üçün uyğun olmaya bilər, qıcıqlanma yarada bilər, lakin patoloji saç tökülməsinin mexanizmi daha dərin proseslərlə bağlıdır", - deyə həkim açıqlamasında bildirib.
E.Buçarov əlavə edib ki, problemin kökünü saç follikullarının vəziyyətində axtarmaq lazımdır:
"Follikullar dərinin altında yerləşdiyi üçün şampun onlara təsir edə bilmir. Hətta yuyucu vasitədə aqressiv maddələr olsa belə, onlar follikulların fəaliyyətinə təsir göstərmir və patoloji saç tökülməsinə səbəb olmur".
