Pressa.az » Dünya » Tramp Əraqçinin postunu paylaşdı - Foto

Tramp Əraqçinin postunu paylaşdı - Foto

08 aprel 2026, Çərşənbə, 09:10
Tramp Əraqçinin postunu paylaşdı - Foto

ABŞ Prezidenti Donald Trampın iki həftəlik atışkəsə razılaşmaq qərarını açıqlamasından sonra maraqlı hadisə yaşanıb.

Liderxeber.az xəbər verir ki, ABŞ lideri “Truth” sosial şəbəkəsində İran xarici işlər naziri Abbas Əraqçinin ölkəsinin gərginliyin azaldılması şərtlərini əks etdirən postunu paylaşıb.

Qeyd edək ki, nazirin sözlərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bildirilir ki, ölkəyə qarşı hücumlar dayandırılacağı təqdirdə, İran Silahlı Qüvvələri də müdafiə əməliyyatlarını dayandıracaq.

O əlavə edib ki, iki həftə ərzində texniki məhdudiyyətlər nəzərə alınmaqla və hərbi qurumlarla koordinasiya şəraitində Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi mümkün olacaq.