“ABŞ artıq sülh planının üç bəndini pozub”
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-ni sülh planının on bəndindən üçünü hələ danışıqlar başlamazdan əvvəl pozmaqda ittiham edib.
Liderxeber.az xəbər verir ki, o bu haqda “X “ sosial şəbəkə hesabında yazıb.
Qalibaf Livanda atəşkəsin pozulmasını, pilotsuz təyyarənin İranın hava məkanına daxil olmasını və Tehranın uranı zənginləşdirmək hüququnun rədd edilməsini misal gətirib.
O, xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp İranın on bəndlik təklifini “danışıqlar üçün işlək əsas” adlandırıb, lakin onun üç bəndi artıq pozulub.
İran parlamentinin sədri vurğulayıb ki, bu şəraitdə ikitərəfli atəşkəs və ya danışıqlar praktiki deyil.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 avqust 2025, Çərşənbə
“Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb”
06 noyabr 2024, Çərşənbə
Tarixi seçkilər başa çatdı: ABŞ-nin 47-ci prezidenti Donald Trampın vədləri nələrdir?
