Pressa.az » Dünya » Beş ölkədən kompensasiya tələb edirlər

Beş ölkədən kompensasiya tələb edirlər

14 aprel 2026, Çərşənbə axşamı, 09:32
Beş ölkədən kompensasiya tələb edirlər

İran ABŞ və İsrailin həyata keçirdiyi hücumlarla bağlı bölgədəki bəzi ölkələrdən kompensasiya tələb etdiyini açıqlayıb.

Liderxeber.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb.

Belə ki, İran tərəfi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və İordaniyanı hücumlarda dolayı və ya birbaşa iştirakda ittiham edir.

Qeyd olunub ki, İran Silahlı Qüvvələrinin hazırladığı hesabatlara əsasən, adıçəkilən ölkələrin əraziləri və hava məkanları ABŞ və İsrail tərəfindən hücumlar üçün istifadə edilib.

İran nümayəndəsi bildirib ki, bu addımlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir və nəticədə İrana dəyən bütün maddi və mənəvi zərərin ödənilməsi tələb olunur.

Qeyd edək ki, İran tərəfi daha əvvəl də analoji iddialarla çıxış edib və bəzi regional ölkələrin öz ərazilərindən hərbi əməliyyatlar üçün istifadəyə icazə verdiyini irəli sürüb.