Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
Mersin məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Kemal Kılıçdaroğlu barəsində 11 ay 20 gün müddətinə həbs cəzası qərarı çıxarıb.
Liderxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq partiya lideri “prezidentin təhqir olunması” maddəsi üzrə bu cəzaya məhkum edilib.
Qeyd edək ki, Kılıçdaroğlu barəsində istintaq 2024-cü ildə, onun partiya sədri və millət vəkili kimi səlahiyyətləri başa çatdıqdan sonra başladılıb. Sabiq CHP lideri barəsində qərar 2014-cü ildə Mersin mitinqində, həmçinin 2016-cı ildə Ədirnədə etdiyi çıxışlar zamanı Ərdoğan barəsində işlətdiyi ifadələrə görə çıxarılıb.
Oxşar Xəbərlər:
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
30 yanvar 2024, Çərşənbə axşamı
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
