Yaxın Şərqdəki gərginlik avrozonada ciddi inflyasiya təhdidi yaradır - AMB rəhbərindən xəbərdarlıq
Avrozona iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşması səbəbindən Avropa Mərkəzi Bankının (AMB) əsas ssenarisindən uzaqlaşıb.
Liderxeber.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankın rəhbəri Kristin Laqard açıqlama verib.
"Biz hazırda baza və mənfi ssenarilər arasında yer alırıq", - deyə o bildirib.
Bununla belə, Laqard vurğulayıb ki, mövcud vəziyyət siyasətin sərtləşdirilməsinə meyillilik kimi başa düşülməməlidir. Onun sözlərinə görə, AMB-nin maliyyə sabitliyinə əsaslanan qiymət sabitliyini göstərən kompası mövcuddur.
Məqalədə qeyd olunur ki, Yaxın Şərqdə altı həftədən çox davam edən hərbi əməliyyatlardan sonra neft qiymətlərinin artması artıq avro zonasında inflyasiyanın iki faizlik hədəf səviyyəsini üstələməsinə səbəb olub. AMB rəhbəri tənzimləyici qurumun vəziyyətə uyğun hərəkət edəcəyini bildirib:
"Biz tam çevik olmalı və tələb olunan istiqamətdə addım atmağa hazır olmalıyıq".
O deyib ki, faiz dərəcələrinin gələcək trayektoriyasını müəyyənləşdirmək üçün hazırda çox tezdir. AMB-nin proqnozlarına görə, vəziyyət pisləşərsə inflyasiya 4.2 faizə qədər sürətlənə, daha sərt ssenaridə isə 6 faizi keçə bilər.
Bildirilib ki, martın 19-da Hörmüz böhranı fonunda AMB faiz dərəcəsini iki faiz səviyyəsində saxlayıb. Bank ötən ilin iyun ayından etibarən faizləri dəyişməz olaraq saxlayır. İqtisadçıların əksəriyyəti Avropa Mərkəzi Bankının 2026-cı il ərzində faiz dərəcələrini dəyişməyəcəyini gözləyir.
Xatırladaq ki, avrozona ölkələrinə Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya, Belçika, Avstriya, Yunanıstan, Portuqaliya, Finlandiya, İrlandiya, Slovakiya, Sloveniya, Litva, Latviya, Estoniya, Kipr, Malta, Lüksemburq və Xorvatiya daxildir.
