Pressa.az » Dünya » ABŞ İranla "böyük sazişi" imzalamağı hədəfləyir

ABŞ İranla "böyük sazişi" imzalamağı hədəfləyir

15 aprel 2026, Çərşənbə, 11:02
ABŞ İranla "böyük sazişi" imzalamağı hədəfləyir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Trampın İranla imzalamağı hədəflədiyi "böyük saziş"in əldə olunması istiqamətində səylərini əsirgəməyəcək.

Liderxeber.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Ötən həftəsonu Pakistanda İran nümayəndələri ilə görüşən və ehtimal olunan növbəti mərhələyə də rəhbərlik edəcəyi gözlənilən Vens vurğulayıb ki, ABŞ ilə İran arasındakı çoxillik inamsızlığa baxmayaraq, İslamabaddakı tərəf müqabilləri razılaşmanın əldə olunmasında maraqlı idilər.

"Bizim indiyə qədər əldə etdiyimiz nəticələr məni çox qane edir", - deyə o, çərşənbə axşamı Corciya ştatında keçirilən "Turning Point USA" tədbirində çıxışı zamanı qeyd edib.

Vitse-prezident Trampın bu sazişi reallaşdırmaq əzmini yüksək qiymətləndirib. "O, kiçikmiqyaslı bir müqavilə ilə kifayətlənmək niyyətində deyil. O, möhtəşəm bir razılaşma əldə etmək istəyir", - deyə Vens vurğulayıb.

"Sazişin indiyədək imzalanmamasının əsas səbəbi odur ki, prezident elə bir müqavilə istəyir ki, orada İranın nüvə silahına sahib olmaması və terrorizmi maliyyələşdirməməsi təmin edilsin. Eyni zamanda, İran xalqı inkişaf edərək qlobal iqtisadiyyata inteqrasiya edə bilsin. Məhz belə bir razılaşma təklif olunur. Biz danışıqlar prosesini davam etdirərək öz məqsədimizə çatmağa çalışacağıq. Buna görə də mən bu istiqamətdə mübarizəmi davam etdirəcəyəm", - deyə Vens əlavə edib.