Pressa.az » Dünya » Tramp Starmerin enerji və miqrasiya siyasətini tənqid etdi

Tramp Starmerin enerji və miqrasiya siyasətini tənqid etdi

15 aprel 2026, Çərşənbə, 15:19
Tramp Starmerin enerji və miqrasiya siyasətini tənqid etdi

"Böyük Britaniyanın Baş naziri Kir Starmer miqrasiya və enerji sektorlarında böyük yanlışlıqlara imza atıb".

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın "Sky News" telekanalına açıqlamasında deyib.

"Starmerə rəğbətim var, lakin hesab edirəm ki, onun Şimal dənizində neft yataqlarını qapatması ağır bir xətadır. Ən baha enerji qiymətləri hazırda sizdədir. Həmçinin zənnimcə, o, miqrasiya sahəsində də çox böyük səhv buraxıb", - deyə ABŞ lideri qeyd edib.

O, Birləşmiş Krallığın nailiyyətlər əldə etməsini arzuladığını vurğulayıb:

"Ancaq uğursuz miqrasiya və zəif enerji strategiyanız mövcuddursa, ən yanlış iki qərarı vermiş sayılırsınız. Nəticə əldə etmək ehtimalınız yoxdur".

Tramp Londonun həmin istiqamətlərdəki fəaliyyətini ağılsızlıq kimi xarakterizə edib:

"Onlar dövlətinizi dağıdırlar. Ölkəniz bütün dünyadan olan qeyri-qanuni miqrantlar, o cümlədən məhbuslar, narkotacirlər və psixiatrik xəstəxanalardan çıxanlar tərəfindən zəbt olunub".

Tramp səsləndirdiyi bu faktların tam reallığı əks etdirdiyini deyib.

Birləşmiş Krallıq ekoloji hədəflər və alternativ enerjiyə yönəlmə fonunda Şimal dənizindəki yeni neft yataqlarının istismarına məhdudiyyətlər tətbiq edir. Hazırkı hasilat fəaliyyəti dayandırılmasa da, yeni icazələrin verilməsi prosesi dondurulub.

Krallığın Daxili İşlər Nazirliyinin açıqlamasına əsasən, 2024-cü ilin iyunundan 2025-ci ilin iyununadək olan dövrdə ölkədə sığınacaq üçün rekord səviyyədə - 111.084 müraciət qeydə alınıb. Bu göstərici öncəki analoji müddətlə müqayisədə 14% çoxdur. Qeyd olunan statistika ilə Böyük Britaniya Avropa məkanında Almaniya, İspaniya, Fransa və İtaliyanın ardınca beşinci sırada qərarlaşıb.