“İranla müharibəyə girməyə məcbur oldum”
“İranla müharibəyə girməyə məcbur oldum”.
Liderxeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində deyib.
O, İranla bağlı keçmiş hərbi addımlara dair diqqətçəkən açıqlamalar verib.
Tramp ABŞ iqtisadiyyatı və xarici siyasəti barədə danışarkən İran məsələsinə də toxunub və əvvəlki qərarların “qlobal təhlükəsizlik üçün zəruri” olduğunu bildirib:
“Müharibəyə girməli oldum. Hərbi əməliyyatla döyüşməli oldum. Bəziləri bunu müharibə, bəziləri isə hərbi əməliyyat adlandırır. Asan oldu, çünki dünyanın ən böyük ordusuna sahibik”.
ABŞ Prezidenti əlavə edib ki, həmin addımlar atılmasaydı, nəticələr daha ağır ola bilərdi: “Əgər mən bunu etməsəydim, indi İranın nüvə silahı olardı. Əgər onların nüvə silahı olsaydı, oradakı hər kəsə “ağa” deməli olardınız və bunu etmək istəməzdiniz”.
