Pressa.az » Dünya » “Hörmüzün açılması yekdil tələbdir”

“Hörmüzün açılması yekdil tələbdir”

16 aprel 2026, Cümə axşamı, 09:10
“Hörmüzün açılması yekdil tələbdir”

“Hörmüz boğazının açılması beynəlxalq ictimaiyyətin yekdil tələbidir”.

Liderxeber.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı deyib.

Vanq Yi qeyd edib ki, Hörmüz boğazı üzrə İranın suverenliyi, təhlükəsizliyi və qanuni hüquqları hörmətlə qarşılanmalıdır. Bununla yanaşı, o, bölgədə dəniz naviqasiyasının azad və təhlükəsiz şəkildə təmin edilməsinin vacibliyini vurğulayıb.

Çinli nazirin sözlərinə görə, boğazın normal keçidinin bərpası beynəlxalq ictimaiyyətin yekdil çağırışıdır.

Vanq Yi həmçinin mövcud vəziyyəti “müharibə və sülh arasında kritik mərhələ” kimi xarakterizə edib və diplomatik həll üçün imkan pəncərəsinin mövcud olduğunu bildirib.

Məlumata əsasən, Abbas Əraqçi isə Çin tərəfinə İranın danışıqlar yolu ilə “rasional və real həll yolları” axtarmağa hazır olduğunu deyib.