Pressa.az » Dünya » Dünya birjalarında ABŞ dolları ucuzlaşır

Dünya birjalarında ABŞ dolları ucuzlaşır

16 aprel 2026, Cümə axşamı, 10:00
Dünya birjalarında ABŞ dolları ucuzlaşır

İranla sülh müqaviləsinin imzalanması ehtimallarının artması səbəbindən ABŞ dollarının məzənnəsi mart ayının əvvəlindən bu yana ən minimum həddə qədər ucuzlaşıb.

Liderxeber.az xəbər verir ki, bu barədə "Reuters" informasiya agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, sərmayədarların müsbət əhvali-ruhiyyəsi fonunda Amerika valyutası digər aparıcı valyutalarla müqayisədə öz dəyərini itirməkdədir. ABŞ Prezidenti Donald Trampın münaqişənin başa çatması ilə bağlı verdiyi açıqlamalardan sonra treyderlər qoruyucu aktivlərdən imtina etməyə başlayıblar.

ANZ şirkətinin Asiya üzrə tədqiqatlar şöbəsinin rəhbəri Xun Qo qeyd edib ki, hazırda bazarlar proseslərin sülh yolu ilə həll olunacağı ssenarisinə əsaslanır. Mütəxəssisin sözlərinə görə, ABŞ valyutası indeksinin 98 olan kritik həddən düşməsi onun gələcək mövqeləri üçün ciddi fəsadlar yaradacaq.

"Dolların üzərində təzyiqlərin gələcəkdə də davam etməsi ehtimalı var", - deyə ekspert əlavə edib.