Pressa.az » Dünya » İlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi

İlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi

17 aprel 2026, Cümə, 09:42
İlon Maskın peykləri sıradan çıxdı, ABŞ ordusu idarəetməni itirdi

ABŞ Hərb Nazirliyi (Pentaqon) İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk şəbəkəsindən ciddi asılılıq problemi ilə üzləşib.

Liderxeber.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu risklər hərbi sınaqlar zamanı baş verən insidentlə üzə çıxıb. Belə ki, 2025-ci ilin avqustunda "Starlink" sistemində qeydə alınan qlobal nasazlıq ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus onlarla pilotsuz suüstü aparatın idarəetməsini itirməsinə səbəb olub. Nəticədə hərbi aparatlar Kaliforniya sahillərində sürüklənməyə başlayıb və əməliyyatlar təxminən bir saatlıq dayandırılıb.

Hesabatda vurğulanır ki, bu hadisə eyni anda çoxsaylı aparatların istifadəsi zamanı sistemin texniki məhdudiyyətlərini ortaya qoyub. Buna baxmayaraq, geniş əhatə dairəsi və aşağı maliyyə xərcləri "Starlink"i hərbi sahə üçün hələ də cəlbedici edir.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, "SpaceX"in rolunun artması ordunun yeganə təchizatçıdan tam asılı vəziyyətə düşməsi riskini yaradır.