Pressa.az » Dünya » Rusiyada 40 israilli saxlanıldı

Rusiyada 40 israilli saxlanıldı

21 aprel 2026, Çərşənbə axşamı, 09:00
Rusiyada 40 israilli saxlanıldı

Rusiyanın paytaxtı Moskvada yerləşən Domodedovo hava limanında təxminən 40 İsrail vətəndaşı saxlanılıb.

Liderxeber.az xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları sərnişinləri pasport nəzarəti zamanı saxlayaraq saatlarla dindirib.

Saxlanılanlar arasında uşaqların da olduğu bildirilir. İddialara əsasən, yoxlama zamanı onların mobil telefonları araşdırılıb və İran-İsrail münaqişəsi ilə bağlı suallar verilib.

Hadisədən sonra Təl-Əviv administrasiyası vətəndaşlarını Rusiyaya səfər edərkən daha ehtiyatlı olmağa çağırıb.