Pressa.az » Dünya » ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

22 aprel 2026, Çərşənbə, 10:01
ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

Tehran minlərlə raket, pilotsuz aparatlar, eləcə də Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin əsas hissəsi daxil olmaqla əsas hərbi imkanlarını qoruya bilib.

Liderxeber.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı ABŞ kəşfiyyat orqanlarının məlumatlarına əsaslanaraq məlumat yayıb.

Bildirilir ki, bu analiz Pentaqonun rəhbəri Pit Heqsetin İranın hərbi gücünün azalması ilə bağlı səsləndirdiyi fikirlərdən fərqlənir. ABŞ kəşfiyyatının qənaətinə əsasən, İslam Respublikası Hərbi Hava Qüvvələrinin avadanlıqlarının 50 faizindən çoxunu əlində saxlayır, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı gəmilərinin yarısından çoxu zərər görməyib.

Eyni zamanda, "NBC News" diqqətə çatdırır ki, ötən həftə ərzində Pentaqonun Kəşfiyyat İdarəsinin başçısı Ceyms Adams konqresmenlərə İranın minlərlə raket və kamikadze PUA-larına malik olduğu barədə məlumat verib.

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların prezidenti "Truth Social" platformasında İranla qarşıdakı saatlarda müddəti bitəcək atəşkəs razılaşmasını uzatmağı planlaşdırdığını elan edib.