Aİ Ukrayna ilə bağlı kritik qərarı qəbul etdi
Macarıstan və Slovakiyanın vetolarının ləğvindən sonra Avropa İttifaqı (Aİ) səfirləri Kiyev üçün 90 milyard avro maliyyələşdirməni və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqləyiblər.
Liderxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Aİ Şurasında Kipr sədrliyinin nümayəndəsi Brüsseldə jurnalistlərə məlumat verib:
"Səfirlər Kiyev üçün 90 milyard avro kredit və Rusiyaya qarşı 20-ci sanksiya paketini təsdiqlədilər".
Daha əvvəl Rusiya neftinin Ukrayna ərazisindən keçən "Drujba" neft kəməri ilə Macarıstan və Slovakiyaya tranzitinin başlanmasına dair məlumatlar yayılmışdı. Hansı ki, bu məhdudiyyət fevral ayından bəri sözügedən vetoların ləğv edilməsi üçün şərt idi.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
21 noyabr 2025, Cümə
Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün 28 maddəlik sülh planı - Tam mətn
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
