Pressa.az » Dünya » İsraildə iki hərbçi İranın xeyrinə casusluqda şübhəli bilinir

İsraildə iki hərbçi İranın xeyrinə casusluqda şübhəli bilinir

23 aprel 2026, Cümə axşamı, 13:00
İsraildə iki hərbçi İranın xeyrinə casusluqda şübhəli bilinir

İsraildə iki hərbi qulluqçu İranın xeyrinə casusluq etməkdə şübhəli bilinir. 

Liderxeber.az İsrailin “Kan-11” telekanalına istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin 19 və 21 yaşlı hərbçilərinə qarşı yaxın günlərdə ittiham irəli sürüləcək. 

Məlumata görə, Tel-Nof aviabazasında xidmət edən əsgərlər F-15 qırıcıları barədə məxfi məlumatların ötürülməsində, həmçinin keçmiş Baş Qərargah rəisi Hertsi Ha-Levi və daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir haqqında məlumat toplanmasında şübhəli bilinirlər. 

Bundan başqa, aviabazanın daha 8 hərbçisinin xidmət yoldaşlarının hərəkətlərindən xəbərdar olduğu, lakin bu barədə rəhbərliyə məlumat verməyi ehtimal edilir.

Xatırladaq ki, daha əvvəl İsraildə “Dəmir Qübbə” (Iron Dome) hava hücumundan müdafiə sistemini idarə etmiş ehtiyatda olan hərbi qulluqçu İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmışdı.