ABŞ-nin hərbi təyyarəsi Türkiyə səmasında qəza siqnalı verdi
ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bu gün səhər saatlarında Türkiyənin hava məkanında qəza siqnalı verib.
Liderxeber.az xəbər verir ki, bu, "Flightradar24" xidmətinin məlumatlarından bəlli olur.
Bakı vaxtı ilə saat 8:51-də "RCH525" çağırış işarəsi olan təyyarə ümumi fövqəladə vəziyyətə işarə edən "7700" siqnalını ötürüb.
Uçuş izləmə məlumatlarına görə, təyyarə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) qalxıb və Türkiyənin İncirlik aviabazasına eniş edib.
Təyyarənin həyəcan siqnalı vermə səbəbi hələlik məlum deyil.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
18 fevral 2026, Çərşənbə
Prezident İlham Əliyevin enerji diplomatiyası Azərbaycanın qlobal investisiya mövqeyini gücləndirir
