Pressa.az » Dünya » Kardiocərrahdan sərt xəbərdarlıq: Hər gün içdiyiniz içkilərdən bəzilərini "maye ölüm" adlandırdı

Kardiocərrahdan sərt xəbərdarlıq: Hər gün içdiyiniz içkilərdən bəzilərini "maye ölüm" adlandırdı

30 aprel 2026, Cümə axşamı, 10:08
Kardiocərrahdan sərt xəbərdarlıq: Hər gün içdiyiniz içkilərdən bəzilərini "maye ölüm" adlandırdı

Ürək cərrahı (kardiocərrah) Ceremi London şirin qazlı içkilərdən uzaq durmağa çağırıb və onları "maye ölüm" adlandırıb.

Liderxeber.az bildirir ki, həkim "Mirror" nəşrinə müsahibəsində bu içkilərin qəbulunun mümkün fəsadlarından danışıb.

"Düşünürəm ki, şirin qazlı içkilər cəmiyyətimizin böyük bəlasıdır. Aydındır ki, yüksəkkalorili qazlı içkilər içməyi özümüzə qadağan etməliyik. Siz heç təsəvvür belə etmirsiniz ki, şəkərli içkilərdən nə qədər kalori qəbul edirsiniz", - deyə Ceremi London bildirib.

Həkim əlavə edib ki, siqaret də sağlamlığa son dərəcə zərərli təsir göstərir.

"Siqaret çəkmək orqanizminizə edə biləcəyiniz ən pis şeylərdən biridir. Bu, ağciyərləri məhv edir, ağciyər xərçənginə səbəb olur, ürək-damar xəstəlikləri, infarkt və insult riskini artırır. Siqaret çəkməyin", - deyə o vurğulayıb.