Pressa.az » Dünya » ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün yeni ittifaq qurur

ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün yeni ittifaq qurur

30 aprel 2026, Cümə axşamı, 09:43
ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün yeni ittifaq qurur

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Hörmüz boğazında gəmilərin fasiləsiz hərəkətini bərpa etmək məqsədilə digər dövlətlərə yeni bir alyansın yaradılmasını təklif edir.

Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin diplomatik teleqramına istinadən "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, irəli sürülən bu təşəbbüsə Dəniz Gəmiçiliyi Azadlığı Koalisiyası (Maritime Freedom Construct) adı verilib.

Vurğulanıb ki, sözügedən təkliflə bağlı teleqram ABŞ-nin xaricdəki səfirliklərinə göndərilib. Sənəddə amerikalı diplomatlara xarici ölkə hökumətlərinin bu yeni ittifaqa qoşulmasına nail olmaq üçün müvafiq fəaliyyət göstərmələri barədə çağırış edilib.