“Blokada ABŞ-yə kömək etməyəcək”
“İrana qarşı dəniz blokadası Fars körfəzi ölkələrinin maraqlarına ziddir”.
Liderxeber.az xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanatla İran Prezidenti Məsud Pezeşkian çıxış edib.
Onun sözlərinə görə, blokada ABŞ-yə İranla bağlı məqsədlərinə nail olmağa kömək etməyəcək.
“Bu gün düşmənlərimiz öz yanaşmalarını dəyişərək İran hökuməti və xalqına qarşı yeni təzyiq aləti kimi dəniz blokadası və dəniz ticarəti yollarının məhdudlaşdırılması strategiyasına əl atıblar. Dəniz blokadası və məhdudiyyətlər tətbiq etməyə yönəlmiş hər hansı cəhd beynəlxalq hüquqa, region ölkələrinin maraqlarına, qlobal sülh və sabitliyə ziddir və heç bir effekt verməyəcək”, - dövlət başçısı bildirib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
12 mart 2026, Cümə axşamı
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının tam mətni
13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
