Moskvada dron binaya çırpıldı
Moskvada pilotsuz uçuş aparatı yaşayış kompleksinin binalarından birinə çırpılıb.
Liderxeber.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Sobyanin həmçinin hərbi hava hücumundan müdafiə qüvvələrinin Moskvaya uçan iki pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini bildirib. Vurulmuş dronların qalıqlarının düşdüyü yerlərdə mütəxəssislər çalışırlar.
Oxşar Xəbərlər:
04 apr 2025, 10:26
03 may 2023, 17:56
10 sen 2024, 14:12
04 avq 2025, 17:29
